11 avqust 2025 12:10
107

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

Bu ilin yanvar-iyul aylarnda Azərbaycanda 281 510 "ASAN İmza" elektron imza sertifikatı verilib.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,4 % azdır.

Hesabat dövründə "ASAN İmza"lar 184 978 müraciət üzrə təqdim olunub. Bu isə 1 il əvvələ nisbətən 17,8 % azdır.

"ASAN İmza" elektron imza sertifikatlarının üç növü var: fiziki şəxslər (vətəndaşlar), hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət qulluqçuları üçün elektron imza sertifikatları. Fiziki şəxslər üçün elektron imza sertifikatları şəxsi istifadə üçün nəzərdə tutulub. Hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulan elektron imza sertifikatları isə kommersiya və ya dövlət təşkilatını təmsil etmək və onun adından çıxış etmək səlahiyyətləri verir.

Sertifikatlar 3 il etibarlıdır.