11 avqust 2025 08:15
100

Tayvan ABŞ-dan əlavə 28 HIMARS sistemi almağı planlaşdırır

Tayvan ABŞ-dan əlavə 28 ədəd HIMARS buraxılış raket sistemləri almağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə “Taipei Times” qəzeti məlumat yayıb. Bildirilib ki, alış reallaşarsa bu, əvvəllər alınmış 29 sistemə əlavə olunacaq. Bu ilin may ayında adanın 58-ci Artilleriya Komandanlığı HIMARS-dan istifadə edərək ilk canlı atəşi həyata keçirib.