Rumıniyada vətəndaşların əmanətləri müsadirə olunmayacaq.
“İki sahil” xəbər verir ki, bunu ölkənin Baş naziri İliye Bolojan "Antena 3 CNN” telekanalına müsahibəsində deyib.
Baş nazir vurğulayıb ki, Rumıniyada müzakirə olunan fərdi pensiyalar haqqında qanun layihəsində vətəndaşların əmanətlərinin müsadirəsi nəzərdə tutulmur, əksər Avropa ölkələrində olduğu kimi, yalnız ödəniş proseduru tənzimlənir.
Bolojan ümid etdiyini bildirib ki, müzakirələrdən sonra rumınlara hökumətin əmanətləri müsadirə etmək niyyətində olmadığı aydın olacaq.
Rumıniyanın Maliyyə Monitorinqi Administrasiyasının hazırladığı qanun layihəsində qeyd edilir ki, özəl pensiya fondlarında olan investorlar pensiyaya çıxanda yığdıqları vəsaitlərin yalnız dörddə birini geri ala bilməyəcəklər. Vəsaitlərin yerdə qalan 75%-i ölkədə orta ömür uzunluğu nəzərə alınmaqla 10 il ərzində mərhələli şəkildə ödəniləcək.
Qanun layihəsi dövlət pensiyalarından əlavə, qocalıq üçün pul yığan rumınların etirazına səbəb olub.