11 avqust 2025 02:02
116

Belarusda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var

Belarusun qərbindəki Qrodnen vilayətində baş verən yol qəzasında 3 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, "Renault" dairəvi yolda əks hərəkət zolağına çıxıb və "Mercedes" markalı avtomobillə toqquşub.

Məlumata görə, hadisə nəticəsində hər iki sürücü və “Renault”un 47 yaşlı qadın sərnişini dünyasını dəyişib. Qəza zamanı habelə aralarında uşaqlar da olmaqla daha 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı şəraitdə baş verməsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.