08 avqust 2025 18:10
102

Dövlət Proqramı çərçivəsində 44 gənc ABŞ-ın TOP10 universitetlərində təhsil alacaq

Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 66 azərbaycanlı gənc ABŞ-də təhsil alacaq.

“İki sahil” xəbər verir ki, onların 44-ü dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub.

Statistikaya görə, proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil alacaqlar:

- Kaliforniya Universiteti, Berkeley – 16 nəfər

- Kolumbiya Universiteti– 14 nəfər

- Con Hopkins Universiteti– 8 nəfər

- Stanford Universiteti– 4 nəfər

- Çikaqo Universiteti – 4 nəfər

- Karnegi Mellon Universiteti– 4 nəfər

- Yel Universiteti– 4 nəfər

- Miciqan Universiteti – Enn Arbor– 3 nəfər

- Massaçusets Texnologiya İnstitutu– 2 nəfər

- Kaliforniya Universiteti - Los Anceles – 2 nəfər

- Manhattan Musiqi Məktəbi– 2 nəfər

- Pensilvaniya Universiteti– 2 nəfər

- Harvard Universiteti– 1 nəfər

- Dyuk Universiteti– 1 nəfər

Dövlət Proqramı çərçivəsində ABŞ-da 2022/2023-cü tədris ilində 26 nəfər, 2023/2024-cü tədris ilində 51 nəfər, 2024/2025-ci tədris ilində 109 nəfər təhsil alıb.

Qeyd edək ki, 2022/2023-cü tədris ilindən bu günə qədər 252 azərbaycanlı gənc ABŞ-dakı universitetlərə qəbul olub.