Kanadada göydən düşən balıq həm yanğına, həm də elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Bu barədə "Straits Times"a istinadən xəbər verib.
Bildilir ki, Britaniya Kolumbiyası əyalətində yerləşən və 1.5 min əhalisi olan Eşkroft qəsəbəsi tamamilə işıqsız qalıb. Təxminən eyni vaxtda yanğınsöndürənlərə şəhər ətrafındakı kənd ərazisində yanğın barədə də çağırış daxil olub. Yanğınsöndürənlər yerli sakinlərin də köməyi ilə təxminən 0.4 hektar ərazidə baş verən yanğını tez bir zamanda söndürə biliblər.
Aparılan araşdırma nəticəsində məlum olub ki, yanğına elektrik xətlərinin altında tapılan yanmış balıq qalıqları səbəb olub. Ehtimal edilir ki, balığı çaydan ovlamış yırtıcı quş onu təsadüfən elektrik xətlərinin üzərinə salıb. Balığın naqillərə toxunması nəticəsində qırılma baş verib və qığılcımlar quru otların üzərinə düşüb. Qığılcımlardan başlayan alov yanğına səbəb olub.
Oxu.Az
ABŞ hərbçiləri Hörmüz boğazından 1,25 milyard barel xam neftin daşınmasını təmin edib
Rubio: ABŞ Ukraynada nizamlanmaya danışıqlar yolu ilə kömək etmək cəhdlərini davam etdirəcək
Almaniyanın "Quantum Systems" şirkəti Ukraynaya minlərlə dron-tutucu təhvil verəcək