05 avqust 2025 12:09
104

Amerikalı müğənni Ceyn Morqan vəfat edib

Amerikalı müğənni və aktrisa Cen Morqan 102 yaşında vəfat edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə sənətçinin ölüm xəbərini yaxınları yayıb.

"Sevimli Ceynimiz yuxusunda dinc şəkildə dünyasını dəyişdi", - yayılan açıqlamanda deyilir. Morqan Florida ştatının Neapol şəhərində vəfat edib.

Onun əsl adı Florens Catherine Currier idi. 1950-60-cı illərdə Amerika estrada şoularında göründüyü zaman populyarlığının zirvəsində idi. Müğənni karyerasına klub və restoranlarda çıxış etməklə başlayıb. Onun ilk albomu "An American Girl from Paris" 1956-cı ildə işıq üzü görüb. Bir il sonra "Fascination" mahnısı Audrey Hepbern və Qari Kuperlə "Love in the Afternoon" filmində səslənmişdir.

Ümumilikdə Morqan 40-a yaxın albom yazdırıb. 6 may 2011-ci ildə aktrisa Hollivud Şöhrət Xiyabanında 2439-cu ulduz olub.