05 avqust 2025 12:02
106

Kamçatkanın cənub hissəsi zəlzələdən sonra 2 metr sürüşüb

Kamçatka yarımadasının cənub hissəsi son zəlzələdən sonra demək olar ki, iki metr cənub-şərqə doğru dəyişib.

“İki sahil” xəbər verir ki,  bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

İyulun 30-da Petropavlovsk-Kamçatskidən 150 km aralıda güclü zəlzələ baş verib, onun maqnitudası müxtəlif hesablamalara görə 8,8-ə çatıb.

Bu, 1952-ci ildən bəri regional seysmik zonada ən güclü idi. Sosial və ticarət obyektləri zədələnmiş, sunami dalğası bir sıra sahilyanı əraziləri su basıb.