05 avqust 2025 02:28
96

Çaqqal ulaşması...

Ovanes Ayvazyanın Xankəndidəki heykəlinin sökülməsi Zatulini niyə yandırır?

Artıq çərənləmə mərkəzinə çevrilmiş  Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulın növbəti dəfə anti-Azərbaycan ritorikası ilə çıxış edərək iki ölkə arasındakı gərginliyi daha da qızışdırmağa  çalışıb. Azərbaycanda ən xırda hərəkətliliyə qara eynəklə baxan, dərhal mənfi reaksiya verən, onların Rusiyaya qarşı yönəldiyini “kəşf” edən imperiya nökəri alçaq əməllərinini davam etdirməkdədir.

İblis sifətli Zatulın bəyan edib ki, əgər Azərbaycan tərəfi Rusiya KİV-lərində “Stepanakert” (Xankəndi) adından istifadə edilməsinə etiraz əlaməti olaraq Rusiya şəhərlərinin adlarını dəyişdirilmiş formada yazmağa davam edərsə, Moskva hava və dəmir yolu əlaqələrini dayandıra bilər. Onun sözlərinə görə: “Stepanakert hər zaman Stepanakert olub. Azərbaycan qatar və təyyarələrin təyinat məntəqələrində bu adları dəyişdirərsə, Rusiya onların qəbulunu dayandıra bilər.”

Görürsünümü həyasız nə danışır? İbrahimxəlil xanın saldığı və Xankəndi adlandırılan bir şəhərin adının “hər zaman Stepanakert” olduğunu iddia etməklə bu siyasi fahişə ermənilərə növbəti dəfə yaltaqlanıb. Özü bilə-bilə ki, cəllad Stepan Şaumyan Azərbaycanda soyqırım törədib.

O, Azərbaycanın davranışlarını “qeyri-adekvat və təxribat xarakterli” adlandırıb və bildirib ki, Bakı guya bu üsullarla Rusiya ilə məsafə yaratmağa, regionda dominant mövqe tutmağa çalışır. Bəyəm Azərbaycan təhlükəli və cinayətkar “tərəfdaşla” bir yerdə olmalıdır? Yoxsa qarğabeyin Zatulindən icazə almalıdır? Zatulin narahat olsun ki, indi onun ölkəsi dünyada tək qalıb, heç bir dövlət zülmkar imperiyaya dəstək vermir.

Azərbaycan cəmiyyətində və ekspert dairələrində Konstantin Zatulinin bu həyasız açıqlamaları təhqiramiz və qeyri-diplomatik sayılır. Azərbaycana girişi qadağan edilən yaramaz diplomat  haqlı işlərimizi belə özümüzə qarşı qaldırmağa cəhd edir. Utanmadan yenə də Azərbaycanın daxili işlərinə burnunu soxur. Bilməyən tapılmaz ki, ziyanverici deputatdan hər cür rəzillik gözləmək olar. Azərbaycanın mövqeyi isə qətidir: Xankəndi  Azərbaycanın suveren ərazisidir və bu ərazinin sovet dövründə qoyulmuş “Stepanakert” adı artıq tarixin zibilliyinə atılıb. İmperiyanın bizim milli hisslərimizlə oynamasına nöqtə qoyulub. Məgər bunu başa düşmək bu qədər çətindir? Ancaq tərbiysiz Zatulin o qədər qudurub ki, daşnak qatilimizin murdar adını şəhərimizin üzərindən silməyimizə də  qarşı çıxır.

Rəssam Ovanes Ayvazyanın (İvan Ayvazovski) Azərbaycana və bizim Xankəndiyə nə dəxli var? Əgər Ayvazyan rus mədəniyyətinə xidmət edibsə hansı xarabalarında istəyirlərsə heykəlini qoysunlar. Bu, bizi əsla maraqlandırmaz. Çünki Azərbaycan başqa dövlətlərin daxili işlərinə qarışmır. Zatulinin saysız həyasız çıxışları isə o qədər zəhlətökəndir ki. onları gödən yırtan çaqqalların ulaşması kimi qulaqardına vurmaq lazımdır.

Vəli İlyasov, “İki sahil”