03 avqust 2025 22:38
125

Türkiyə və Misirin XİN başçıları telefonla danışıblar

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzzaya humanitar yardımın çatdırılması səyləri və atəşkəs danışıqları ilə bağlı Misirin xarici işlər naziri Bədr Abdulati ilə telefonla danışıb.

İki sahil” xəbər verir ki, bu barədə “TRT Haber” Xarici İşlər Nazirliyindəki mənbələrindən məlumat alıb.

Bildirilib ki, görüşdə İsrailin yaratdığı aclıqla mübarizə üçün Qəzzaya humanitar yardımın çatdırılması səyləri və atəşkəs danışıqları müzakirə edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”