31 iyul 2025 18:51
152

Tramp administrasiyasından İrana qarşı növbəti sanksiyalar

Donald Tramp administrasiyası 2018-ci ildən bəri İrana qarşı ən böyük sanksiyalar elan edib. Məhdudiyyətlər ABŞ Maliyyə Nazirliyinin İran neftini daşıdığını qeyd etdiyi neft tankerləri və konteyner gəmilərinin “kütləvi gəmiçilik imperiyasını” hədəfləyir.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı danışıqlara qayıtmasını gözlədiyi bir vaxtda Tehran ABŞ-ın artan iqtisadi təzyiqi ilə üzləşir.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi məsələ ilə bağlı dialoqun yalnız müəyyən şərtlər daxilində bərpa oluna biləcəyini bildirib. Və çətin ki, yeni sanksiyalar Tehranı danışıqlar prosesini bərpa etməyə sövq etsin.

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların yeni mərhələsini son 7 ilin ən böyük sanksiyaları adlandırıb. Onlar Vaşinqtonun 20-yə yaxın ölkənin yurisdiksiyasından istifadə edərək İran neft məhsullarının satışı ilə məşğul olan “böyük imperiyanın” əsas elementləri olduğuna inandığı 100-dən çox şirkət və fərdləri hədəf alır.