01 avqust 2025 15:51
145

Əziz Sancar bu ölkənin vətəndaşı olub

Dünyaşöhrətli alim, Nobel mükafatı laureatı professor Əziz Sancar Şimali Kipr vətəndaşı olub.

“İki sahil” "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Nazirlər Kabineti qərar qəbul edib.

Nazirlər Kabineti qərarında qeyd edilib ki, Əziz Sancarın elmi, texniki və mədəniyyət sahələrində Şimali Kiprə xidmət edəcəyi və ölkənin xaricdə tanıdılmasına töhfə verəcəyi nəzərə alınaraq onun vətəndaşlığa qəbul olunmasına qərar verilir.