27 iyul 2025 23:23
112

Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib

Yevlaxda 63 yaşlı kişi qətlə yetirilib.

“İki sahil” xəbər verir ki, Yevlax şəhər ərazisində 1962-ci il təvəllüdlü İlham Mirzəyev mübahisə zəminində bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Habil Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.