27 iyul 2025 14:57
116

Hindistanda məbəd izdihamında faciə: 8 ölü, 34 yaralı

Hindistanın Haridvar şəhərində məbəd izdihamında səkkiz nəfər ölüb, 34 nəfər yaralanıb.

“İki sahil” "The Times of India" nəşrinə istinadla xəbər verir ki, hadisə minlərlə zəvvarın təpənin zirvəsində yerləşən məbədə doğru hərəkət etdiyi zaman baş verib. Məbədə aparan dar pilləkən insanlarla sıx dolu olub.

İlkin məlumata görə, elektrik naqilinin yerə düşməsi səbəbindən zəvvarlar arasında təşviş yaranıb. İnsanlar müxtəlif istiqamətlərə qaçmağa başlayıb və nəticədə basırıq yaranıb.

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.