Qarsın Kağızman rayonunda güclü leysan nəticəsində kəndlərə ziyan dəyib, bəzi evlər və tövlələr sel nəticəsində dağılıb.
“İki sahil” “TRT Haber”ə istinadla xəbər verir ki, rayonun Şahindərə və Aşağıdərə məhəllələri ilə yanaşı, Aydınkavak, Günindi, Akçay, Yağlıca, Aşağıdut, Karabağ, Duranlar, Keşişkıran, Karacaören kəndləri sel və torpaq sürüşməsi nəticəsində ziyan görüb.
İlkin məlumata görə, Aşağıdut kəndində 3 ev və 1 tövlə, Akçay kəndində isə 3 evə ziyan dəyib. Kəndin ərazisindən keçən suötürücü çökərək elektrik xətlərini kəsib. Karacaören kəndində 1 evə ziyan dəyib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb
Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib