26 iyul 2025 13:13
117

Monteneqroda meşə yanğınları davam edir

Monteneqronun müxtəlif bölgələrində meşə yanğınları ilə mübarizə aparılır.

“İki sahil” xəbər verir ki, mülki müdafiə qrupları Nikşiç bələdiyyəsi ərazisində yanğını məhdudlaşdırmağa çalışır. Brezovo Brdo bölgəsində yanğın bir neçə binanı məhv edib. Donye Çrkviça kurort zonasında isə güclü küləyin təsiri ilə yanğın geniş əraziyə yayılıb və alovun söndürülməsinə yerli sakinlər də qoşulub.

Konysko yaylasında yanğın davam edir. Pljevlja bələdiyyəsi ərazisində Bratosavina və Krçe kəndlərində 12 köməkçi tikili yanıb. Kozişa və Strmeçiça bölgələrində də yanğınlar baş verib.

Ölkənin cənub-qərbində yerləşən Lovçen milli parkı ərazisində dağlıq ərazidəki meşə yanğını isə lokallaşdırılıb.