23 iyul 2025 09:42
111

Şabranda avtomobil divara çırpılıb, ölən var

Şabranda avtomobil divara çırpılıb.

2001-ci il təvəllüdlü Süleymanov Ramazan Kamran oğlu idarə etdiyi qara rəngli, “Daewoo Gentra” markalı, 01 CH 178 dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran şəhəri Heydər Əliyev prospektində yerləşən Tofiq Abbasov adına tam orta məktəbin yaxınlığında yerləşən yaşayış evinin darvazasına çırpılıb.

Hadisə nəticəsində sürücü Ramazan Süleymanov ölüb, avtomobildə olan iki nəfər sərnişin - 2005-ci il təvəllüdlü Əhmədov Kamal Orucəli oğlu və 2001-ci il təvəllüdlü Kərimov Ümid Dadaş oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

"Report"