Qarışqalar qrup halında öz çəkilərindən 5 min dəfə ağır yük daşıya bilirlər. Azuqə toplamaq vaxtı kollektiv işə çıxan hər qarışqa öz yükqaldırma qabiliyyətini 10 dəfədən çox artırır. O da məlum olsun ki, işləyərkən qarışqaların sayı ondan artıq olmur. Çünki onlar çox olduqda bir-birilərinə maneçilik törədirlər.
Hörümçək qısqanclığı
Alimlər öyrəniblər ki, həşəratlardan hörümçəklər arasında qısqanclıq daha dərindir. Çox vaxt erkək hörümçək dişi hörümçəyin qurduğu toru əzib, yumurtalarını yerə atır. Sən demə erkək hörümçək bunu ona görə edir ki, başqası “nişanlısına “ göz dikməsin. Çünki dişi hörümçəyin qurduğu torda ətirli feromon maddəsi olur. Onun qoxusu erkəkləri uzaqdan belə cəlb edir, bu da iki hörümçəyin qovuşma ehtimalini 10 dəfə artırır.
Alimlər onu da öyrəniblər ki, dişi hörümçəklər heyvanat aləmində ən az hüquqlu həşəratlardır. Onların özlərinə “ adaxlı” seçmək ixtiyarı yoxdur. Erkən hörümçəklərin isə bir maraqlı xüsusiyyəti odur ki, onlar yalnız “ərə getməmiş” dişi hörümçəklərə meylli olurlar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü