İyulun 20-də Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) 1974-cü il Barış Hərəkatının 51-ci ildönümünə həsr olunmuş rəsmi tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimlərə müxtəlif ölkələri təmsil edən nümayəndə heyətləri qatılıblar. Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti də rəsmi tədbirlərdə iştirak edib.
YAP nümayəndə heyəti “Ay ulduz – eyni yoldayıq” şüarı altında keçirilən strateji infrastruktur layihələrinin təqdimatında da iştirak edib. Yeni Lefkoşa Dövlət Xəstəxanasının təməlqoyma mərasimi və Lefkoşa Şimal Dairəvi Yolu üzərində inşa edilən körpülü kəsişmənin açılışı olub.
Qeyd edək ki, YAP nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin komitə sədri Musa Quliyev, Mərkəzi Aparatın Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Həsənzadə daxildir.
Nümayəndə heyətinin səfəri iyulun 21-də başa çatıb.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər
Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar