Qərbdə mətbuatın Azərbaycanla bağlı ictimai rəyə təsiri təəssüf ki, ədalətsiz və neqativdir.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
"Biz istəyərdik ki, bu dəyişsin. Lakin hələ ki, bu işləmir. Bu o demək deyil ki, biz fəal deyilik, biz işləyirik. Amma bəzi qaydalar və prosedurlar var" - deyə, ölkə başçısı əlavə edib.
Prezident bildirib ki, Avropanın siyasi spektrində Azərebaycanı tünd boyalarla təsvir edirlər, ölkəmiz haqqında saxta məlumatları yayırlar:
"Bir neçə səbəbi var. Bunlardan biri erməni lobbi qruplarının orada fəallaşmasıdır. Xüsusilə ABŞ-də bu baş verir. Qərbi mətbuatda, xüsusilə Almaniyada isə mətbuat ABŞ-nin təsirinə məruz qalır. Anti-Azərbaycan dairələrinin mətbuata təsiri varsa, onlar dərhal Azərbaycana hücum çəkirlər. Bu tez-tez baş verir. Beynəlxalq tədbirlər zamanı bu baş verir. Birincisi, 2015-ci ildə baş verdi. Azərbaycanda ilk Avropa oyunlarını təşkil etdik. O zaman hədəfə çevrildik. Müxtəlif məzmunlu saxta hekayələr qərb mətbuatında üzə çıxdı. Sonuncusu COP-29 zamanı baş vermişdi. Gündəlik 7-10 məqalə aparıcı qərb mətbu orqanlarında çap edilirdi. "Vaşinqton Post", "Nyu-York Times", Nyus veek", Fransanın "Le Monde", "La Fiqaro" kimi saxta xəbər yayan qurumlar var idi. Düşünülmüş şəkildə Azərbyacanı gözdən salmaq üçün hücumlar təşkil edirdilər".