Balakəndə avtomobil piyadanı vuraraq öldürüb.
“İki sahil” xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə rayonun Mahamalar kəndində baş verib.
Belə ki, axşam saatlarında kənd ərazisində Oruc Yekəyev idarə etdiyi “Ford Transit” markalı avtomobili geriyə hərəkət etdirərkən piyada, 1954-cü il təvəllüdlü Pitimat Eminovanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.