14 iyul 2025 08:31
158

Gündüz Qəhrəmanov: Hamı kimi bizim üçün də doğma yurd daha əzizdir

Hamı kimi bizim üçün də doğma yurd daha əzizdir.

“İki sahil” xəbər verir ki, bunu Xocalı sakini Gündüz Qəhrəmanov deyib.

Onun sözlərinə görə, təbii ki, Azərbaycanın hər bir guşəsi bizim üçün vətəndir. Amma doğma torpaq hamı üçün daha ayrı bir önəmə sahibdir.

"Allah Prezidentimizi qorusun. Onun rəhbərliyi ilə torpaqlarımız azad edilib. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, ordumuzu qorusun", - deyə o bildirib.

Qeyd edək ki, 14.07.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Xocalı rayonunun 4 yaşayış məntəqəsinə cəmi 327 ailə (1433 nəfər) köçürülüb.