10 iyul 2025 12:17
164

Ersin Tatar: Şimali Kipr Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) dost və qardaş Azərbaycan ilə əməkdaşlığın hərtərəfli genişləndirilməsinə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə ŞKTC Prezidenti Ersin Tatar Lefkoşada Azərbaycan Milli Məclisinin deputatı Vüqar İsgəndərov ilə görüşündə bildirib.

Görüşdə, həmçinin Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu və Azərbaycan Mətbuat Şurasının nümayəndəsi Nadir İsmayılov iştirak ediblər.

Tərəflər ikitərəfli əməkdaşlığın, o cümlədən turizm və təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ersin Tatar qeyd edib ki, Lefkoşa Bakı və Ankara ilə “Bir millət, üç dövlət” ideyası əsasında əlaqələri inkişaf etdirir. O vurğulayıb: “Şimali Kiprə göstərdiyi diqqətə və dəstəyə görə Prezident İlham Əliyevə ürəkdən minnətdaram”.