09 iyul 2025 20:02
123

ABŞ altı ölkədən gələn mallara rüsumları artırıb

ABŞ prezidenti Donald Tramp rüsumların avqustun 1-dən qaldırılacağını bildirən altı məktub göndərib. Bunlar Əlcəzair, Bruney, İraq, Liviya, Moldova və Filippinin hakimiyyət orqanlarına göndərilib.

“İki sahil” Associated Press-ə istinadla xəbər verir ki, Əlcəzair, İraq və Liviyadan gələn mallara tariflər 30%-ə qədər artacaq.

Bruney, Moldova və Filippin məhsullarına rüsum 25% təşkil edəcək. Agentlik aydınlaşdırır ki, sadalanan ölkələrin heç biri ABŞ-ın əsas ticarət tərəfdaşları sırasında deyil.