09 iyul 2025 22:41
130

Rusiya xarici işlər nazirinin müavini işdən çıxarılıb

Mixail Boqdanov Rusiya xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

“İki sahil” xəbər verir ki, müvafiq fərmanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin imzalayıb.

Rusiya lideri digər fərmanla Boqdanovu prezidentin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən də azad edib.