Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatik xidmət orqanları əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkə hesabında paylaşım edib.
"9 iyul – Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə, milli maraqlarımızın qorunması və beynəlxalq aləmdə mövqeyimizin gücləndirilməsi istiqamətində əzmlə çalışan diplomatlarımıza davamlı nailiyyətlər arzulayıram. Peşə bayramınız mübarək!", - paylaşımda deyilir.

Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
Hikmət Hacyev: ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik
"Türk Dünyası Həftəsi"nin iştirakçıları qəbul etdikləri Xankəndi Bəyannaməsində İlham Əliyevə təşəkkür ediblər