08 iyul 2025 16:04
125

Göydələnin üstünə 120 kq ağırlığında "Supermen" quraşdırılıb

Nəhəng "supermen" heykəli Londonun və Qərbi Avropanın ən hündür binası olan “The Shard”ın (310 m) üstünə qoyulub.

“İki sahil” xəbər verir ki, bu barədə "myweekend.ru" məlumat yayıb.

Superqəhrəmanın 3,5 metrlik fiquru Böyük Britaniya tarixində ən hündür ictimai heykəl olub. Yaxşı hava şəraitində 64 km-ə qədər məsafədən görünən qurğu DC Studios-un iyulun 11-də premyerası nəzərdə tutulan yeni filmini tanıtmaq üçün cəmi bir günə yaradılıb.

Bu barədə "The Shard"ın rəsmi saytı məlumat yayıb.

120 kq-lıq heykəl qaynaqlanmış polad çərçivə üzərində ekoloji cəhətdən təmiz şüşə lifdən hazırlanıb.