ABŞ prezidenti Donald Tramp noyabrda keçiriləcək mer seçkiləri ərəfəsində Nyu-Yorku “xilas etmək” və onu yenidən “böyük” etmək niyyətini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə o, Truth sosial şəbəkəsində yazıb.
“Mən Nyu-Yorku xilas edəcəyəm və onu ABŞ-da etdiyim kimi yenidən isti və möhtəşəm edəcəm”- deyə Tramp qeyd edib.
O, həmçinin merliyə namizədlərdən birini “kommunist dəlisi” adlandırıb və ona şəhəri “dağıtmağa” imkan verməyəcəyinə söz verib.
"Məndə bütün rıçaqlar və bütün kartlar var", - deyə, ABŞ prezidenti vurğulayıb.