01 iyul 2025 23:17
124

Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib

“Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ş.Şıxlinskinin oğlu vəkil Mutvalı bildirib.

Onun sözlərinə görə, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları həm atasını, həm də özünü saxlayıblar. Daha sonra Mutvalı azad edilib, Şahin Şıxlinski isə dindirilmək üçün İstintaq Komitəsinə aparılıb.

M.Şıxlinski qeyd edib ki, saxlanılmanın səbəbi Yekaterinburqda iki azərbaycanlı qardaş - Səfərovların öldürüldüyü xüsusi əməliyyatla bağlıdır.

***

Azərbaycanın Yekaterinburqdakı diasporunun rəhbəri Şahin Şıxlinskinin evində axtarışlara başlanılıb.

“İki sahil” Oxu.Az-a istinadla xəbər verir ki, OMON-çular Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanıldıqdan dərhal sonra onların mənzilinə basqın edib.

Nəticədə, onların evindən kompüter və digər sənədlər götürülüb.