01 iyul 2025 20:27
111

Xaçmazda yeniyetmə anasını öldürməkdə şübhəli bilinir

Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, Xaçmaz rayonunun Qadaşoba kəndində qətl hadisəsi baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızı çoxsaylı bıçaq zərbələri alaraq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Məlumata görə, qətli törətməkdə onun oğlu şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.