01 iyul 2025 13:15
151

Almaniyada kişi bıçaqla iş yoldaşlarına hücum edib

Bavariya federal əyalətində bir şəxs Rhön-Grabfeld rayonunda enerji təchizatı şirkətinin Uberlandwerk Rhon işçilərinə bıçaqla hücum edib.

“İki sahil” xəbər verir ki,  polisin X sosial şəbəkəsində verdiyi məlumata görə, 59 yaşlı qadın ölüb, daha iki nəfər isə ağır yaralanıb.

"21 yaşlı şübhəli, 59 yaşlı mərhum və ağır yaralanan 55 və 62 yaşlı iki nəfər şirkətin işçiləridir", - polis X sosial şəbəkəsində yazıb.

NTV bildirir ki, həmkarlar arasında münaqişə baş verib, bundan sonra 21 yaşlı gənc bıçağı çıxarıb. O, hazırda həbsdədir.

55 və 62 yaşlı iki zərərçəkən xəstəxanaya aparılıb.