01 iyul 2025 02:47
108

İqlim kədərini hiss edirsiniz?

Dəyişən dünyanın emosional yükünü necə idarə etmək olar?

Narahatlıq, kədər, qəzəb, qorxu, acizlik. İqlim dəyişikliyinin emosional zərəri xüsusilə gənclər üçün geniş və danılmazdır.

Bir çoxları gələcəyin nə olacağı ilə bağlı narahatdırlar. Onların qənaətinə görə gündəlik iqlim narahatlığı və sıxıntısı yuxusuzluğa, diqqəti cəmləyə bilməməyə səbəb olur və daha da pisləşə bilər. Bəzi gənclər artıq evlənib uşaq dünyaya gətirməyin düzgün olub-olmadığını düşünürlər. Bir çox insan təbii olaraq artıq dünya üçün kədərlənir.

İqlim dəyişikliyi ilə mübarizə aparan fəallar, iqlim psixoloqları və digərləri davamlılıq yaratmaq və emosiyaları idarə etməyə kömək etmək üçün bir sıra üsullara əl atırlar. Bəzi fikirlərlə tanış olaq:

Özünüzü təcrid olunmuş hiss edirsiniz? Miçiqan ştatının Ann Arbor şəhərindən olan iqlim psixoloqu Laura Robinson bildirib ki, həmfikir insanlarla əlaqə qurmağın və təbiətə kömək etməyin yollarını tapın. İştirak etməyin bir çox yolu var.

Robinson deyir: "Mən insanların yaş aralığında bu duyğularla mübarizə apardığını görürəm. Mənim valideynlərim var ki, onlar öz hissləri ilə həqiqətən mübarizə aparırlar və gələcəkdə uşaqları üçün həqiqətən narahatdırlar.”

İqlim xəbərləri, fəlakətlər və bütövlükdə sosial media və mobil telefondan istifadənin artması çoxları üçün ağırdır. Telefonunuzdakı bildirişlərdən fasilələr planlaşdırmağa və ya başqa yollarla xəbərləri izləməkdən geri çəkilməyə cəhd edin.

Psixoloq bildirib ki, uşaqların təsirlənib ümidsiz böyüməməsi üçün onlara dünyanı dəyişdirə biləcək gücdə olduqlarını təlqin etmək lazımdır. "Onlar narahat ola bilərlər, qəzəbli ola bilərlər, qorxu hiss edə bilərlər, lakin onlar "Mən bu dünyada dəyişiklik edəcəyəm" kimi fikirlərə köklənməlidirlər. Eyni anda iki həqiqət olmalıdır- onlar qorxurlar, lakin onlar həm də hiss edirlər ki, bilirsən, mən bu barədə nəsə edə bilərəm".

Nubar Süleymanova, “İki sahil”