Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılıq etdiyi nümayəndə heyəti Avstriyanın Lints şəhərində işgüzar səfərdədir.
“İki sahil” xəbər verir ki, səfərin əsas məqsədi Avstriyanın aparıcı sənaye mərkəzi olan Lints şəhəri ilə Sumqayıt şəhəri arasında 2009-cu ildən mövcud olan əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yerli sənaye müəssisələri ilə tanışlıq olub.
Səfər çərçivəsində Zakir Fərəcov Lints şəhərinin meri Dietmar Prammerlə və şəhərdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşlər keçirib.
Görüşlərdə sənaye şəhərləri olan Sumqayıt və Lints arasında gələcək əməkdaşlıq üçün geniş imkanların mövcud olduğu vurğulanıb, bu imkanların reallaşdırılması istiqamətində mümkün sahələr barədə ətraflı fikir mübadiləsi aparılıb.
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Müasir məktəb idarəçiliyində geyim standartları: Dünyəvi təhsil modelinin tərkib hissəsi