22 iyun 2025 18:37
125

Zelenski norveçli nazirlə müdafiə əməkdaşlığını müzakirə edib

Ukrayna prezidenti Voodimir Zelenski Norveçin müdafiə naziri Tore Onshuus Sandvik ilə görüşüb.

İki sahil” “Ukrinform”a istinadla xəbər verir ki, görüşdə birgə silah istehsalı, Ukrayna silah istehsalına investisiya və hava hücumundan müdafiə sisteminin gücləndirilməsi məsələlərini müzakirə edib.

Bildirilir ki, Ukraynanın silah istehsalına sərmayə qoyuluşu ilə bağlı müzakirələrə pilotsuz təyyarələr, uzaqmənzilli raketlər və birgə müdafiə istehsalının genişləndirilməsi kimi mövzular daxil olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”