26 avqust 2017 19:31
547

Stiven Kinqdən Prezident Trampa qadağa

Amerika yazıçısı Stiven Kinq Prezident Donald Trampa əsərləri əsasında çəkilmiş film və seriallara baxmağa qadağa qoyub.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə məşhur yazıçı “Twitter” hesabında yazıb.

“Tramp “Twitter”də məni blokladı. Mən də ona “O” və “Mister Mercedes” filmlərinə baxmağı qadağan edirəm”, - deyə yazıçı bildirib.