19 iyun 2025 16:11
93

Bu il 87, 5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu il qanunsuz dövriyyədən çıxarılmış 3 ton 313 kq 859,7 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 87 milyon 551 min AZN kimi qiymətləndirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yanvar-may aylarını əhatə edən hesabatda bildirilib.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2042 nəfər cəlb edilmiş, onlardan 44 nəfəri xarici ölkə vətəndaşıdır.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 447 kq 208,684 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 101 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 196 kq 338 qr və 5183 həb metadon narkotik vasitə və psixotrop maddə və 13 194 ədəd həb güclü təsir edən maddə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 110 qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 062 kq 775,163 qr maddə müsadirə edilmişdir.