19 iyun 2025 14:55
262

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Tivi kənd  mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Görüşdə Xurs, Bist, Nəsirvaz, Nürgüt və Ələhi kəndlərindən olan seçicilər də iştirak ediblər. Görüşdə, eyni zamanda, Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov da iştirak edib.

Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Milli Məclisin deputatı Tivi kəndindən olan şəhid Budaqov Rufiz Şirzad oğlunun evində onun ailə üzvləri ilə görüşüb. Həmçinin Tivi kənd Şəhidlər Abidə Kompleksini ziyarət edib.