18 iyun 2025 23:13
103

Rəşad Nəbiyev dünya çempionatının bürünc medalçısını təbrik edib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazananan Zelim Kotsoyevi (100 kq) təbrik edib.

“İki sahil” xəbər verir ki, ACF rəhbəri bu barədə feysbuk hesabında paylaşım edib.

“Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Zelim Kotsoyev bürünc medal qazanıb. Zelimi bu əlamətdar nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində tatamiyə çıxacaq bütün cüdoçularımıza uğurlar arzulayıram”, - R.Nəbiyev yazıb.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha Cüdoçularımızdan Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.