16 avqust 2017 14:55
386

200 yaşlı ağac insanların üzərinə aşdı: 13 ölü

Portuqaliyada ağac izdihamın üzərinə aşıb.

Hadisə nəticəsində 13 nəfər ölüb, 49 nəfər xəsarət alıb. Ölənlərdən 2-si azyaşlı uşaqdır.

Madeyra adasında, kilsənin qarşısında baş verən hadisə zamanı insanlar dini mərasimlə əlaqədar oraya toplaşıbmışlar.

Aşan ağacın 200 yaşı olduğu qeyd edilir.