İyunun 17-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Azərbaycan Respublikasında səfərdə olan Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin Peşə və Texniki Təhsil Baş İdarəsinin müdiri Salih Kaygusuzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə həmçinin Ankara, İstanbul, İzmir və Bursa şəhərləri üzrə təhsil idarələrinin müdir və rəhbər şəxsləri iştirak ediblər.
Görüş çərçivəsində iki ölkə arasında peşə təhsili sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.