Qadcetlərə həddindən artıq həvəs beyin üçün mənfi nəticələrə gətirib çıxarır. Xüsusilə yaddaş əziyyət çəkir, idrak funksiyaları azalır. Uzunmüddətli perspektivdə struktur dəyişiklikləri mümkündür. Bunu “Rossiya 1” telekanalının efirində rusiyalı psixologiya elmləri namizədi, klinik psixoloq Mixail Xors deyib.
Onun fikrincə, elektron cihazlardan həddindən artıq istifadə insanların məlumatı yadda saxlamağı dayandırmasına gətirib çıxarır. Nəticədə lazımi təlimdən məhrum olan beyin tədricən deqradasiyaya uğrayır.
"Struktur dəyişir, sanki beyin quruyur. Bunu nə ilə müqayisə edəcəyinizi bilirsinizmi? İnsanın ayaqları sağlam olsa da, qoltuq əsalarından istifadə edərsə, o zaman nə vaxtsa əzələlər qurumağa və atrofiyaya başlayacaq. Əgər onu daim məşq etdirməsəniz, beyində də eyni şey olur. Beyin "əzələdir", onu da məşq etdirmək, hərəkətli saxlamaq mütləqdir. “İndi isə hələ süni intellekt yaradılıb. O özü məlumatı təhlil edir, sistemləşdirir, düşünürəm ki, biz cəmiyyət olaraq yavaş-yavaş çox axmaq insanlara çevriləcəyik”, - deyə Xors bildirib.
Buna görə də psixoloq təklif edir ki, qadcetlərdən istifadə etdiyiniz vaxtı məhdudlaşdırmalı və uyğunlaşma dövrünə və qaçılmaz olaraq yaranacaq çətinliklərə hazır olmalısınız.
Nubar Süleymanova, “İki sahil”