28 avqust 2017 16:35
454

Orlando Blum televiziyada ilk böyük rolunu alıb

“Üzüklərin hökmdarı” və “Karib dənizinin quldurları” filmlərinin ulduzu Orlando Blum televiziyada ilk böyük rolunu alıb.

“Deadline” nəşri xəbər verir ki, Orlando Blum “Karnaval hay-küyü” serialında həm aktyor, həm də icraçı prodüserlərdən biri olacaq.

Fantastik janrında elan olunan serial 8 epizoddan ibarətdir. Filmdə müharibə nəticəsində doğma yerlərindən şəhərə üz tutan mifik məxluqlarla yerli sakinlər arasında baş verən gərginlikdən danışılır.

Orlando Blum bu mifik məxluqlardan birinin ölümünü araşdıran polis müfəttişinin rolunu ifa edəcək.