İsrailin Qəzza zolağında son 48 saatda həyata keçirdiyi hücumlarda 95 nəfərin ölməsi ilə ümumi ölənlərin sayı 54 min 772-yə yüksəlib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Əlavə edilib ki, 304 nəfər yaralanıb. Yardım paylama məntəqələrinə son 48 saatda edilən hücumlarda 10 nəfərin həyatını itirdiyi, 110 nəfərin yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrail qüvvələrinin mayın 27-dən etibarən yardım paylanması üçün nəzərdə tutulmuş ərazilərdə açdığı atəş nəticəsində ölənlərin sayı 110-a, yaralıların sayı isə 1000-ə yüksəlib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”