Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə həmişə konstruktiv münasibətləri olub və bundan sonra da bu, belə olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Matviyenko danışıqların yekunlarına dair brifinqdə bildirib. Onun sözlərinə görə, Paşinyanla söhbət etimad mühitində baş tutub. “Bu gün Ermənistanın baş naziri ilə çox uzun çəkən təkbətək görüş oldu, çox mənalı, konstruktiv, mehriban söhbət oldu... Baş nazir Nikol Vovayeviç dövlətimizin başçısına salamlarını çatdırdı və xüsusilə vurğuladı ki, o və Vladimir Vladimiroviç arasında həmişə konstruktiv substantiv münasibətlər olub və bundan sonra da olacaq və onun prezidentlə münasibətlərində heç bir problem yoxdur”, - sədr deyib.
Matviyenko bu gün Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşəcəyini də açıqlayıb.