Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə münaqişəni “iki uşaq arasındakı dava” sözləri ilə ifadə etməsiylə razılaşmır.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya üçün bu, milli maraqlar və təhlükəsizlik məsələsidir. “ABŞ prezidentinin burada, şübhəsiz ki, öz nöqteyi-nəzəri ola bilər. Amma bizim üçün bu, ekzistensial məsələdir, milli maraqlarımızla bağlı məsələsidir”, - Kreml nümayəndəsi deyib.
O, həmçinin bəyan edib ki, Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçilik etməkdə davam edir və Moskva buna görə minnətdardır.