05 iyun 2025 10:19
126

Horavenc kəndində itkin düşmüş şəxsin meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Lənkəran rayonunun Horavenc kəndində meşəlik ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

İki sahil” nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar, FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri itkin düşməsi ehtimal edilən 1970-ci il təvəllüdlü İlham Hüseynovun axtarış işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarışlar davam etdirilir.

“Report”un cənub bürosunun məlumatına görə, itkin düşən 55 yaşlı kişinin meyiti tapılıb.

Meyitin 1970-ci il təvəllüdlü İlham Ağamməd oğlu Hüseynova aid olduğu müəyyənləşib.

Hazırda meyiti dərədən çıxarmaq üçün əraziyə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi araşdırılır.