05 iyun 2025 08:52
133

Qazaxda avtomobil divara çırpılıb, ölənlər var

Qazax rayonunda ağır yol qəzası baş verib.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.

Belə ki, "BMW" markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişiblər.

Faktla bağlı araşdırma aparılır.