05 iyun 2025 08:33
131

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur -  SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“İki sahil” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

3. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

4. Xətai prospekti, "Şərq bazarı" istiqamətində;

5. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

8. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

10. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

11. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

12. "20 Yanvar" dairəsində.