04 iyun 2025 19:34
155

“Deloitte” ilə enerji keçidinə və innovasiyalara dair əməkdaşlıq imkanları nəzərdən keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Deloitte” şirkətinin qlobal enerji, resurslar və sənaye sektorları üzrə lideri Stenli Porter ilə görüşüb.

“İki sahil” xəbər verir ki, Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycanın strateji inkişaf prioritetləri, ölkəmizin təmiz enerji sahəsində təşəbbüsləri və regional layihələrdə artan rolu haqqında məlumat verilib. SOCAR-ın beynəlxalq miqyasda genişlənmə strategiyasına dəstək üzrə “Deloitte” ilə uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib.

Tərəflər qlobal enerji keçidində trendlər, sənayedə dayanıqlılıq və karbonsuzlaşma təşəbbüsəri, həmçinin innovasiyaların tətbiqi ilə bağlı müzakirələr aparıb, əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.