04 iyun 2025 18:08
146

Azərbaycanın təbii qazını Macarıstana və digər ölkələrə nəql etmək imkanımız var - Saşa Kokoviç

Azərbaycanın təbii qazını Macarıstana və digər ölkələrə nəql etmək imkanımız var.

“İki sahil” xəbər verir ki, bu sözləri Serbiyanın Mədənçilik və Energetika Nazirliyinin Neft və Qaz üzrə icraçı nazir müavini Saşa Kokoviç Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, Azərbaycan ilə Serbiya arasında çox yaxşı münasibət mövcuddur.

“Biz 10 ildən çoxdur ki, strateji partnyoruq. Enerji sahəsində ilk dəfə əməkdaşlığa 2023-cü ildə başladıq. Serbiya üçün ilk dəfə idi ki, təbii qazın diversifikasiyasına baş vururdu. Bu çox müsbət haldır ki, cənub-şərqi Avropadan təchizatı əldə edə bildik. Biz istəyirik ki, daxili qaz nəqli sistemimizdə dəyişiklik edək. Təchizat marşrutlarının şaxələndirilməsi bizim üçün kritik vəzifədir və növbəti üç il ərzində həyata keçirilməsi hədəflənib. SOCAR ilə birlikdə istehlak və ötürmə qabiliyyəti üzrə əlverişli həllər tapacağımıza ümid edirik”, - deyə o bildirib.